1991-ci il oktyabr ayının 18-də Azərbaycan
öz dövlət müstəqilliyini elan etdi. Lakin xarici dövlətlər yenə də öz şovinist
niyyətlərindən əl çəkməyərək Azərbaycanın daxilinə xaos salırdılar. Azərbaycanda
isə bu kənar dövlətlərin, həm də ermənilərin dəyirmanına su tökənlər var idi.
Bunlar Azərbaycanda hakimiyyətə, dövlətə qarşı, qiyam qaldırıb hakimiyyəti ələ
keçirib öz çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Halbuki bunların nəinki
idarəçiliyi, siyasi bacarığı, heç bir-birləri ilə ünsiyyət yaratma qabiliyyətləri
də yox idi. Azərbaycanda siyasi pərakəndəlik idi, Azərbaycanın hər yerində
özbaşınalıq və xaos hökm sürürdü. Lənkəranda, Gəncədə qeyri-qanuni silahlı dəstələr
istədikləri kimi hərəkət edirdilər. Özbaşınalıq 1993-cü il iyunun 4-də Gəncədə
pik həddə çatdı. Lakin bu çətin məqamda xalqın gözü hər şeyi gördü və seçdi.
Xalqın yekdil tələbi ilə 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan
Bakıya gətirildi. 1993-cü il iyunun 15-də Azərbaycanımız, xalqımız, qurtuluş
tapdı. 1993-cü il iyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü elan edildi.
Bu qurtuluş öz bəhrəsini verməklə Azərbaycanda
və Azərbaycandan kənarda da hərbi, təhsil, səhiyyə, iqtisadiyyat və.s sahələrdə
Azərbaycan üçün lazım olan kadrların yetişməsi, Azərbaycan neftinin dünya bazarına
çıxarılması, 44 günlük müharibədə Azərbaycanımızın Qələbə çalması ilə nəticələndi.
Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham
Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız daha böyük uğurlara imza
atır və bundan sonra da imza atacaq.
Pərviz Həsənli,
Xocalı rayon gənci